Bakıda qonaq olan türk müğənnisi Tarık Mengüç paytaxtımıza qonaq olub.
Axşam.az-ın məlumatına görə, müğənni lent.az-a bildirib ki, o, Azərbaycana Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Beynəlxalq Kikboksinq” turnirində iştirak etmək üçün gəlib:
“Azərbaycana ilk səfərimdir. Buranı çox sevdim. Bakının əsas gecələri, işıqlarını çox bəyəndim. Ötən gün baş tutan konsertdə hiss elədim ki, Azərbaycan gəncləri nədənsə çox sakitdir. Çılğın deyil. Türkiyə gəncləri daha çılğındır. Azərbaycan ifaçılarının səslərini çox sevirəm. Amma yalnız bir ifaçı tanıyıram. O, da Azəri Güneldir. Günel mənim yaxın dostlarımdan biridir. Xətrini çox istəyirəm”.