“Özünə bax 2”də baş verənlər

“Özünə bax 2”də baş verənlər
3494 dəfə oxunub
  • A-
  • A
  • A+

Ruhi Əliyevanın ideya müəllifi olduğu “Özünə bax 2”zövq yarışmasının ikinci həftəsi də maraqlı anlarla start götürüb.

Axşam.az-ın məlumatına görə, verilişə bu dəfə qonaq münsif qismində prodüser Tolik qatılıb. Üç iştirakçı arasından yalnız bir qız – Ziba finala vəsiqə qazanıb.

İçtirakçılar arasından stilist Anar Ağakişiyevin məsləhəti ilə qatılan gənc xanım Ülviyyə münsiflərin tənqid hədəfinə tuş gəlib. Layihənin rəhbəri Ruhi Əliyeva və Tolik “Heç kimə güvənib addım atma. Öz zövqünlə geyin” deyərək iştirakçıya iradlarını bildiriblər.

Günün ən qalmaqallı iştirakçısı isə Günel olub. Dəbdəbəli geyimi ilə hər kəsdən tənqid alan gənci Tolik səhnəmizin bəzi müğənnilərinə oxşadıb.

Qeyd edək ki, “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət veriləcək.

Verilişin bugünkü münsif qonağı isə xalq artisti Aygün Kazımova olacaq.

"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.