Müğənni-bəstəkar Emin Ağalarov arzuladığı restoranını Moskvada açıb.
Axşam.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, ifaçının sahibi olduğu “Vegas Krokus Siti” ticarət-əyləncə mərkəzinin daxilində “Maks əmi ilə” (“У дяди Макса”) adlı uşaq restoranı fəaliyyətə başlayıb.
Eminin bu işdə ortağı rusiyalı bəstəkar, prodüser Maksim Fadeevdir. Restoranın açılışı münasibətilə keçirilən tədbirə Rusiya şou-biznesinin nümayəndələri - Filipp Kirkorov, Nataliya İonova, “Serebro” qrupu və digərləri uşaqları ilə birlikdə qatılıb.
Gecənin qonaqları arasında Eminin biznesmen atası Araz Ağalarov da olub.