Müğənni Zamiqin həmkarı Sevda Yahyayevanın konsertini yarımçıq tərk etməsi diqqətdən qaçmayıb.
Sənətçi Axşam.az-a açıqlamasında gecəni tez tərk etməsindən danışıb. Zamiq onun konsertində tez gedən həmkarlarından da şikayət edib:
“Konsertin bitməsinə çox az vaxt qalmış çıxdım. Heç bir sənətçi mənim konsertimdə bu qədər çox oturmadı. Sona kimi otursam, tıxacda qalardım. Əsas odur ki, Sevdanın çıxışını bəyəndim və onu alqışlayıram”.
Müxbirimizlə söhbətində Zamiq özəl pəhrizindən də danışıb:
“Çəkimə həmişə önəm verirəm. İdmanla məşğul oluram. Kökəlməmək üçün çörəyi və əti az yeyirəm. Daha çox qara çörəyə üstünlük verirəm”.