ATV telekanalında yayımlanan “Özünə bax 2” zövq yarışmasının növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, bu gün efirə 4 iştirakçı qatılıb.
Onlar arasından cəmi bir xanım – Nərgiz finala vəsiqə qazanmayıb. Buna səbəb isə gənc qızın dodaqlarındakı silikon olub.
Münsif kürsüsündə bu dəfə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nigar İbrahimova və prodüser Tolik əyləşib.
İştirakçılardan Rəşidə adlı xanımın görünüşünü bəyənməyən münsiflər onu dəyişdirmək qərarına gəlib. Nigar İbrahimova gənc qızın saç və makiyajında yenilik edib.
Münsiflərin müsbət rəyini alan Lalə, Rəşidə və Səbinə finala keçib.
Qeyd edək ki, xalq artisti Aygün Kazımova verilişə qatılacağı bildirilsə də, o İstanbula yollandığı üçün bugünkü efirə qatıla bilməyib.
“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.
Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət veriləcək.
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov