Azərbaycanlı prodüserə ad günündə sürpriz - fotolar

Azərbaycanlı prodüserə ad günündə sürpriz - fotolar
1955 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərovun ad günüdür.

Axşam.az açıqlama verən ifaçı bildirib ki, doğum günündə ilk təbrik qızından gəlib:
 
“Bir çoxları bilir ki, təmtəraqlı ad gününü sevən deyiləm. İllərdir ki, ənənəmə sadiq qalıb, ad günümü restoranda qeyd etmirəm. Bu il isə öz yaxınlarım və say-seçmə tanışlarımın əhatəsində ad günümü qeyd edəcəyəm. Hədiyyəni sevməsəm də ilk sürprizi qızım Nərmin edib mənə telefon bağışladı”.

Qeyd edək ki, R.Cəfərov evlidir, bir qızı, bir oğlu var. Qızı Nərmin Cəfərova Sankt-Peterburq Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Oğlu Həsən Cəfərov isə ötən il Azərbaycan Dillər Universitetinə daxil olub.