Turanın vizajist həyat yoldaşı sərgiyə hazırlaşır

Turanın vizajist həyat yoldaşı sərgiyə hazırlaşır
5624 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Turan İbrahimovla ailə həyatı quran vizajist Nərmin daha bir qabiliyyətini nümayiş etdirib.

Axşam.az xəbər verir ki, N.İbrahimova həm də peşəkar rəssam imiş.

Vizajist müxbirimizlə söhbətində 6 yaşından bu işlə məşğul olduğunu bildirib:

“Rəssam ailəsində böyümüşəm. Amma atam heç vaxt mənim də bu sənəti davam etdirməyimi istəməyib. Çox həvəsli olduğumu gördükdən sonra mənə dəstək olmağa başladı. Əzim Əzimzadə adına Rəssamlıq məktəbində təhsil almışam. Orada keçirilən moda nümayəşlərində podiuma çıxacaq xanımları bəzəyirdim, qəşəng alınırdı. Buna görə də vizajistliyə üstünlük verdim. Artıq on ildən çoxdur ki, stilist kimi fəaliyyət göstərirəm”.

Nərmin bundan sonra rəssamlıq sahəsində tanınmaq istədiyini söyləyib:

“İndi özümü daha çox rəssam kimi tanıtmaq istəyirəm. Bir dəfə fərdi sərgim olub. 80-dən çox əsərimi nümayiş etdirmişdim. Hətta bir dəfə rəsmim İngiltərədə keçirilən sərgidə də olub. İndi də yeni sərgiyə hazırlaşıram. Bu dəfə daha çox əsər nümayiş etdirəcəm”.

Əsərlərində daha çox avanqart üsluba üstünlük verən N.İbrahimova “Əsəbi olanda rəsm çəkirəm. Bu zaman məndə daha yaxşı alınır, sakitləşirəm” deyə əlavə edib.

Foto: Bəhruz Əlizadə