Ruhini özündən çıxardılar

Ruhini özündən çıxardılar
3954 dəfə oxunub
  • A-
  • A
  • A+
“Özünə bax 2” zövq yarışması daha bir həftəni geridə qoyub.

Axşam.az-ın məlumatına görə, ötən gün müsabiqəyə dörd iştirakçı qatılıb. Verilişdə bu dəfə münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nigar İbrahimova və stilist Fuad Hacıyev əyləşib.

Müsabiqəyə qatılan Mənsumə adlı iştirakçı saç ustası olmasına baxmayaraq zövqsüz görünüşü ilə münsiflərin tənqidinə tuş gəlib. O, səliqəsiz saç düzümü ilə diqqət çəkib. Rəssam Könül geyimindəki rəng uyumsuzluğuna görə münsiflərdən mənfi rəy alıb. Rəssam olduğu halda rəngləri tutuşdura bilmədiyi üçün iştirakçı finala vəsiqə qazanmayıb.

Digər iştirakçı Aytən də rəssam olduğu halda geyimində rəng cəhətdən ciddi kobudluğa yol verib. Münsiflər gənc qızın imicində dəyişiklik etmək qərarına gəlib.

Müsabiqəyə qatılan Kristinaya görə Ruhi və Fuad arasında narazılıq yaranıb. Sözləri çəpləşən münsiflər iştirakçını finala keçirtməyib. Verilişin budəfəki buaxılışında cəmi bir iştirakçı – Mənsumə finala vəsiqə qazanıb.

“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.
 
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.

Foto: Rəşad Abbasov