“Yeni film təklifi almışam, çəkilişləri noyabrda başlayacaq. Bu haqda geniş danışmaq istəmirəm, düşər-düşməzi olur”.
Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Hüsniyyə Mürvətova deyib.
Aktrisa xanəndə Bülbülcan haqqında filmdə canlandırdığı Xurşudbanu Natavan ovrazından bəhs edib:
“Filmin bədii rəhbəri və rejissoru Etibar Babayev, rejissoru Elnur Məmmədovdur. Bu obrazı bədii sənətli filmdə canlandırmışam. Heydər Əliyev Fondunun və Muğam Mərkəzinin təşəbbüsü ilə çəkilən ekran işi noyabrda təqdim olunacaq”.
H.Mürvətova hazırda heç bir ekran işində çəkilmədiyini bildirib:
“Dublyajdan və teatrdan aldığım maaşla dolanıram. Əvvəlki illərə nisbətən dublyaj da azalıb. İki telekanalla əməkdaşlıq edirəm: AzTV və ATV.
Serial təklifi almıram. Əgər olunsa, yaradıcı heyətə və qonorara baxıb qərar verərəm. Amma seriallarımız arasında rəqabət olduğunu görürəm. İçlərində bəyəndiklərim də var”.
Foto: Nəriman İSMAYILOV