Gənc müğənni Sima Nəsirova “Yetər” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi və sözləri Nigar Quliyevaya məxsusdur. Ekran işinin rejissorluğunu Rauf Sahiboğlu edib.
Yeni işindən bəhs edən 23 yaşlı S.Nəsirova bunları deyib:
“Əslində mən vokal ifaçısıyam. Bu klip mənim ilk işimdir. Yeni mahnılarım var. Onlar arasında üçü hazırdır. Hamısını sıra ilə təqdim edəcəyəm”.
Gənc vokal ifaçısı maraqlı layihələrlə hər kəsin diqqətini çəkəcəyini söyləyib:
"Başa düşürəm ki, bu gün Azərbaycan səhnəsində fərqlənmək olduqca çətindir. İstedadlı ifaçılarımız yetərincə var. Qara piyarla, dedi-qoduyla gündəmə gəlməməyə səy göstərəcəm. Azərbaycan istedadlıların vətənidir. Bu sahədə Gülyaz və Gülyanaq Məmmədova, Samira, Tünzalə Ağayeva, Azər Zeynalov, Abbas Bağırov, rəhmətlik Elçin Cəlilov kimi ifaçılarımızı çox bəyənirəm".