Müğənni Xatirə İslam geyimlərinə bir sərvət xərcləyir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında deyib. O, ən çox ayaqqabıya və saata pul xərclədiyini, ancaq brend paltarlar aldığını bildirib:
“Bütün paltarlarımı brend mağazalardan alıram. Qarderobumda dünyanın məşhur brendlərinin bahalı geyimləri yer alır. Ən çox ayaqqabı və saata pul xərcləyirəm. Bir dəfə 3500 manata ayaqqabı almışdım. Hamı şok olmuşudu ki, ayaqqabıya bu qədər pul vermək olar?
Son vaxtlar kökəldiyim üçün ucuz paltarlar geyinmək məcburiyyətində qalmışam, utanıram. Təcili arıqlamağa çalışıram”.
Xatirə oğlu üçün də bahalı paltarlar aldığını etiraf edib:
“Əvvəl düşünürdüm ki, uşaqdır, böyüyəndə bahalı geyimlər alaram. Amma sonra dedim ki, mən onun üçün yaşayıram. Oğlum ancaq brend geyinir. Onu ucuz geyindirə bilmərəm”.
Foto: Rəşad Abbasov