Serenay Bakıda filmə çəkilmək istəyir - fotolar

Serenay Bakıda filmə çəkilmək istəyir -  fotolar
5285 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor Bakıda qala gecəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, aktrisaların rol aldığı “İkimizin yerine” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.

Gecədə izdiham yaşanıb. Belə ki, pərəstişkarları Serenayla şəkil çəkdirmək üçün bir-biri ilə yarışa girib.

Aktrisalar filmi tamaşaçılarla birlikdə izlədikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Zerrin və Serenay Bakını gəzdiklərini və çox bəyəndiklərini deyib.

Paytaxtımızda ilk dəfə olduğunu söyləyən Serenay filmlə bağlı məlumat verib. O bildirib ki, çəkilişlər 5 həftə baş tutub:
 
"İnanıram ki, filmi hər kəs bəyənəcək. Nejat İşlerlə ikinci işbirliyimizdir. Onunla işləməkdən zövq aldım. Filmdə özüm mahnı ifa etmişəm. Müğənni olmaq fikrim yoxdur, gələcəkdə bəlkə bu barədə düşünərəm. “İkimizin yerine” sərt bir hekayənin üzərində qurulub.

Filmdəki Çiçək ağır hisslər yaşadı. Özü üçün haqlı səbəbləri var. Filmdə anasına qarşı bir incikliyi olub.  Çox ağır bir şeydir. Filmdə mənim üçün çətin səhnələr var idi. Hamımızın həyatında acılar olub. Acılar insanları daha da möhkəmləndirir və nəticə çıxarmağa çalışırsan".

Sarıkaya Azərbaycanda filmə çəkilmək istədiyini, belə bir təklif alsa, razılaşacağını əlavə edib:

"Şəhəri çox gəzmək imkanım olmadı. Amma gördüyüm qədərinə heyran qaldım. Təəssüf ki, çox gəzmək imkanım yoxdur. Azərbaycan milli yeməklərini daddım, çox dadlıdırlar".

Z.Tekindor isə "Hər zaman filmlərdə yaxşı bir ana obrazını canlandırmışam. Bu dəfə fərqli oldu. İzləyici məncə zövq alacaq. Fərqli obrazda tamaşaçı qarşısına çıxdım" deyə, söyləyib.

Foto: Ramin ASLANOV