Kıvanç onu hamıdan gizləyir

Kıvanç onu hamıdan gizləyir
3612 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ fransız sevgilisi Florense Eugene ilə romantik şam yeməyi üçün gecəyarısı restoran açdırıb.

Axşam.az-ın məlumatına görə, Kıvanç ötən il reklam çarxında birlikdə rol aldığı sevgilisini mediadan uzaq tutmağa çalışır.

Münasibətini gizlin yaşamaq istəyən aktyor bunun üçün sərvət xərcləməkdən də çəkinmir.

Cütlüyün romantik görüşü iki saat çəkib. Tatlıtuğ restoranın cangüdənlərinə bu görüşü mediadan gizli saxlamaları üçün tapşırıq verib.