"Dedilər, qızım nişanlanıb, toyu olub" - Aygün Kazımova+fotolar

"Dedilər, qızım nişanlanıb, toyu olub" -  Aygün Kazımova+fotolar
9422 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova aparıcı Lamiyyə Ələkbərqızının “Həyat tərzi” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni həyatından, qızı İlqarədən bəhs edib. A.Kazımova övladının nişanlanması haqqında yayılan xəbərlərə münasibət bildirib:

“Hələ belə bir şey yoxdur. Qızım haqqında da şayiələr yayılmışdı ki, nişanlanıb. Hətta toyunun olması da yazılmışdı. Qızıma oxşayan birinin xaricdə olan toy fotoları yayıldı. Qız İlqarəyə necə oxşayırdısa, özüm də az qala inanırdım (gülür). Belə bir hadisə baş verən kimi, tamaşaçılarla bölüşəcəm”.

Maraqlı anlarla yadda qalan verilişdə A.Kazımovaya müxtəlif hədiyyələr göndərilib.

Foto: Ramin ASLANOV