Sənubər İsgəndərli Şəkidə aparıcılığa başladı

Sənubər İsgəndərli Şəkidə aparıcılığa başladı
3432 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sənubər İsgəndərli aparıcılıq edəcək.

Axşam.az-ın məlumatına görə, aktrisanın “Gəlin danışaq” adlı verilişi  Şəkinin “Kanal S” telekanalında yayımlanacaq.

S.İsgəndərli çəkilişlər üçün mütəmadi olaraq Şəkiyə yollanacağını bildirib:

“Bilirsiniz ki, prezidentimiz bölgələrdə telekanalların inkişafı üçün sərəncam imzalayıb. Bu veriliş də həmin göstəriş əsnasında meydana gəldi. Çox sağ olsun ki, kanal rəhbərliyi mənim üçün yaxşı şərait qurub. Üç gün ərzində on veriliş çəkib gəlirəm. Aparıcılıq mənim üçün yad bir iş olmadı. Dəfələrlə verilişlərə qonaq olmuşam, artıq təcrübəm var. “Gəlin danışaq” daha çox sosial mövzudadır. Hər sahədən insanlar qonağım olur. Əsasən cəmiyyətin sosial problemlərindən söhbət açırıq”.