Səbinə Babayeva konsert verdi

Səbinə Babayeva konsert verdi
1299 dəfə oxunub
  • A-
  • A
  • A+

Səbinə Babayeva konsert verib.

Axşam.az-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, “Eurovision” təmsilçimiz Səbinə Babayeva şəhərin prestijli məkanlarının birində böyük konsert proqramı ilə çıxış edib. Bu dəfə də anşlaq və dinləyicilərin alqışları ilə keçən konsertdə müğənni  2 saatlıq canlı proqramla çıxış edib. Öz repertuarındakı mahnıları ilə bərabər dünya hitlərini ifa edən sənətçinın konsertdə xalq mahnılarımızı oxuması xüsusi alqışlarla qarşılanıb. Konsertdən sonra mətbuat nümayəndələrinin  suallarına cavablandıran Səbinə bundan sonra daha böyük proqramla çıxış edəcəyini söyləyib. 

Qeyd edək ki, müğənni yaxın günlərdə yeni klipini təqdim etməyə hazırlaşır.