Rusiyanın məşhur “Blestyaşiy” qrupu ötən gün Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, qrup üzvlərinin səfərinin səbəbi Bakıda fəaliyyət göstərən geyim firmalarından birinin qış kolleksiyasının təqdimatına qatılmaq olub.
Gecədə qonaqlar üçün sevilən mahnılarını səsləndirən qızlar maraqlı rəqsləri ilə də diqqət çəkiblər.
Nümayişdə məşhur modelyer İqor Çapurin, şoumen Murad Dadaşov, xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni Sevda Yahyayeva, Aysel Əlizadə və başqaları iştirak edib.