Müsəlman qadın ABŞ-da tarix yazdı - fotolar

Müsəlman qadın ABŞ-da tarix yazdı - fotolar
10730 dəfə oxunub
  • A-
  • A
  • A+
Müsəlman qadın məşhur kosmetika brendinin siması seçilib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, “gözəllik blogeri” kimi məşhurlaşan Nura Afia adlı müsəlman qadın makiyajları ilə “Covergirl” kosmetika brendinin diqqətini çəkib. Başı bağlı olmasına baxmayaraq, ona bir müddətlik brendin siması olmaq təklif olunub.

Əslən Əfqanıstandan olan Nura ailəsi ilə birgə ABŞ-da yaşayır. Onun 5 yaşlı qızı var. Kosmetikaya maraq evdə oturub uşağına baxarkən yaranıb.

“Qızım körpə idi, bütün günü evdə ona baxırdım. Bekar idim deyə “Youtube”da gedən makiyajları izləyirdim və onları öz üzərimdə sınaqdan keçirirdim. Bu məndə yaxşı alınır. Başımın bağlı olması isə mənə mane olmur”, - deyə Nura Afia bildirib.