Müğənni Elçin Cəfərov “Həvəs” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə, sözləri Elvin Əliyevə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus olan mahnıya rejissor Rza Əsgərov ekran həyatı verib. Dəniz kənarında lentə alınan klipdə sevgidən bəhs edilir. Rolları isə aktyorlar canlandırıb. Ekran əsərində hündür qara at da yer alıb. Bu barədə açıqlama verən Elçin Cəfərov: “Çox böyük at idi. O qədər vahiməli idi ki, yanında dayananda belə birtəhər olurdum. Yəqin ki, minsəydim, ürəyim gedərdi”, – deyə bildirib.