"Gecə geyimində, yataqda şəklimi çəkdim" - Brilliant

"Gecə geyimində, yataqda şəklimi çəkdim" - Brilliant
4195 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki profillərinin özünəməxsus olduğunu sübut etməyə çalışır.

Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Texno park” verilişinə müsahibəsində sənətçi deyib ki, onun adından saxta adlarla qeydiyyatdan keçirlər:

“Mənim telefonumda heç vaxt şəklim olmayıb. İndi “Facebook” sayəsində telefonum şəkillə doludur. Profilimi təzə açanda insanlar həqiqətən də mənim olduğuma şübhə edirdilər. Mən də yataqda uzandığım yerdə, gecə geyimində şəkil çəkib paylaşdım. Bu cür fotom heç kimdə ola bilməzdi. Gün ərzində ismarış qutuma minlərlə məktub gəlir. Heç kimə cavab vermirəm. Sadəcə fotolarımın altından axmaq fikirlər yazanlara baxıram. Səhifələrinə baxanda hiss edirəm ki, necə səfeh adamlardır. Yalandan məni sevmədiklərini yazırlar. Amma düşünürəm ki, mən elə o insanlar üçün maraqlıyam deyə, profilimdə yatıb qalıblar”.