Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın evini qarət edən oğrular hələ də tapılmayıb.
Axşam.az xəbər verir ki, oğrular evin kassasındakı pulları, zinət əşyalarını və modelin aktyor həyat yoldaşının avtomobilinin açarını götürüb.
Həmin an Günay və oğlu Cahangir evdə yatmış vəziyyətdə olub.
Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq polis oğrunun izinə düşə bilməyib.