Rihanna: “Özümə belə meydan oxuyuram”

Rihanna: “Özümə belə meydan oxuyuram”
1080 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Rihanna “Glamour” jurnalının oktyabr sayının üz qabığı olub.

Axşam.az xəbər verir ki, çəkilişlər üçün qara və qısa buruq saçlarla kamera qarşısına keçən 25 yaşlı ulduzun müsahibəsi də diqqət çəkib: “Partilərə nifrət edirəm. Bəlkə də bunun səbəbi həmin məkanlarda eyni mahnıların səsləndirilməsidir. Hər kəsin mənim kimi hiss edib- etmədiyini  də bilmirəm. Amma onu deyə bilərəm ki, nəsə fərqlilik yaradılmalıdır”, - deyə o, vurğulayıb.

Uğurlu karyerasından da söz açan Rihanna maraqlı açıqlamalar edib: “Son 8 il ərzində çox şey etdim. Bir çox çətin işlərə imza atdım, amma bunu etməyi sevirəm. Nə etməyimdən asılı olmayaraq, hamısına xüsusi dəyər verirəm. Bu mənim fərqliliyimdir.1 nömrə olmaq istəyi heç vaxt sizin köhnəlməyinizə imkan verməz. Yeri gəldikdə hətta özümə belə meydan oxuyuram  və bunu çox sevirəm”.