Günay rus serialına çəkildi - Fotolar

Günay rus serialına çəkildi - Fotolar
2856 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı model Günay Musayeva Rusiyanın tanınmış rejissoru Murad Əliyevdən dəvət alıb.

Axşam.az-ın məlumatına görə, model 8 seriyadan ibarət olacaq “Türk tranziti” adlı serialda çəkiləcək.

Ekran işində Şahnur adlı müdirə obrazını canlandıracaq Günay Moskvada baş tutan çəkilişlərin bir hissəsini artıq reallaşdırıb.

“Türk tranziti” rus yazıçısı Vladimir Qrinkovun eyniadlı əsərinin motivləri əsasında çəkilib.

Ekran işində Günayla yanaşı rusiyanın tanınmış aktyorları Yanina Studilina, Boris Serbakov, Yulya Lobanov da rol alıb.

G.Musayeva Türkiyədə keçirilən kastinqlərdə 380 aktrisa arasından seçilib.

Rus-türk ortaq mafiyasından bəhs edən serial Rusiyanın birinci kanalında yayımlanacaq.

Burada mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilən əkiz bacıların həyatından bəhs edilir.