Günay Türkiyədə reklam siması seçildi

Günay Türkiyədə reklam siması seçildi
3045 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli Türkiyədən reklam təklifi alıb.

Axşam.az-ın məlumatına görə, internet alış-veriş portalının siması seçilən sənətçinin qardaş ölkəyə səfərinin məqsədi də bu olub.

Reklam üçün maraqlı fotosessiyalar etdirən Günay “Onun adı nədi?” mahnısının sözlərini dəyişərək, yeni formatda portal üçün ifa edib. Bu yaxınlarda yenidən Türkiyəyə getməyə hazırlaşan sənətçi daha bir çəkilişdə iştirak edəcək.

Qeyd edək ki, reklamın kişi siması aparıcı Səxavət Nurdur.