Səbinə yeni klip çəkdirib - Fotolar

Səbinə yeni klip çəkdirib - Fotolar
2862 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision-2012”  təmsilçimiz Səbinə Babayeva yeni klip çəkdirib.

Axşam.az xəbər verir ki, vaxtilə "Karvan" qrupunun ifa etdiyi "Azərbaycanım" adlı mahnını yenidən gündəmə gətirən müğənni Lent.az-a açıqlamasında artıq çəkilişlərin bitdiyini və klipin yaxın zamanlarda təqdim olunacağını bildirib.
 
Qeyd edək ki klip Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb. Klipin rejissoru Vüqar İslamzadədir. Müğənninin imici üzərində modelyer  Günel Behbudova və vizajist Kristina çalışıb.
 
Bundan əlavə  klipin  3D rəssamları Riyad Qasımov, Vuqar Celilov, operatoru  Zaur Seyidov ,montajçısı isə Fuad Quliyevdir. Klip oktyabrın sonunda təqdim olunacaq.