Xalq artisti Brilliant Dadaşova mayda verdiyi "Apar məni” adlı solo konsertinin videosunu təqdim edib.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir ki, montaj işləri gedən tədbir ilk olaraq “Yaşa Azərbaycan” adı ilə “Mədəniyyət” telekanalında yayımlanıb.
Daha sonra “Youtube”da yerləşdirilən konsertin kinoteatrlarda da nümayişi gözlənilir.
Bu barədə xalq artistinin özü mətbuata verdiyi açıqlamasında bildirib. O deyib ki, bunu Azərbaycanda hələ heç kim etməyib.