Amerikanın “X Factor” yarışmasında münsif kürsüsündə əyləşən müğənni Demi Lovato “TeenVogue” jurnalının noyabr sayının üz qabığı olub.
Axşam.az-ın məlumatına görə, 21 yaşlı müğənni jurnala verdiyi müsahibədə maraqlı məqamlara toxunub. O vücudu ilə bağlı problemlərinin olduğunu gizlətməyib: “Əlbəttə mən model deyiləm və barbi kimi bədənim yoxdur. Vücudumla bağlı problemlərim var, amma halımdan məmnunam. Əla bir bədənə sahib olmaq üçün ruhumun sağlamlığını fəda edə bilmərəm”.
Müğənni ətrafdakılara və özünə qarşı dürüst olmağın vacibliyindən də söz açıb. Onun sözlərinə görə, çətin bir gün keçirdiyiniz zaman bunu içinizdə saxlamaqdansa, insanlara danışmağınız məsləhətdir. Çünki bu çətinliklər sizi xəstə edə bilər.