Ötən gün Moskvadan birbaşa Qəbələyə gəlib, tədbirə qatılan müğənni Rəqsanə İsmayılova vəd etdiyi klip çəkilişini bu günlərdə həyata keçirəcək.
Axşam.az-ın məlumatına görə, sənətçinin gəlişinin səbəbi “Heydər, İlham - Azərbaycan” adlı mahnısına klip çəkdirməkdir:
“Oktyabrda keçiriləcək məlum seçkilərdə bir qalib görürəm. O, prezidentimiz İlham Əliyevdir. Onun qələbəsinə inanıram və bu klipi öncədən həmin qalibiyyətə həsr edirəm.
Azərbaycanın inkişaf edən ölkələr sırasında yerinin birinci olmasından qürur duyuram.
Bunun üçün biz adını çəkdiyim iki şəxsiyyətə borcluyuq. Ona görə də, sənətçi kimi
bu mahnı və klipi belə bir ərəfədə təqdim etməyi özümə borc bildim”.
Rəqsanə vətənpərvər səpkidə son günlər yayımlanan Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayevanın sənət işlərini təqdirəlayiq olduğunu bildirib.