Cennifer Lopez Vaşinqtonda keçirilən xeyriyyə tədbirində iştirak edib.
Axşam.az xəbər verir ki, insan haqlarının müdafiəsi üçün təşkil edilən kampaniyaya görə keçirilən gecədə o, həmçinin mükafata layiq görülüb. Kampaniyanın daha da genişlənməsi və dəstəyin çoxalması üçün Cenniferin seçilməsi də əbəs yerə deyil. Bu haqda danışan Fondun prezidenti Çed Qriffin söyləyib ki, Lopez hər zaman öz doğrularına sadiq qalır və təzyiqlərə baxmayaraq yolunda inamla irəliləyir: “Cennifer qarşılaşdığı çətinliklərin öhdəsindən layiqincə gəlir. Heç vaxt geri çəkilmir. Ədalətin və hüquq bərabərliyini müdafiə etdiyi üçün hər zaman seçilir”. Göstərdiyi dəstəyə görə Cennifer mükafatla təltif edilib.