Rəqqasə Oksana Rəsulova xalq artisti Fəxrəddin Manafovla görüşüb.
Axşam.az saytına açıqlama verən sənətçi onunla bir araya gəlməyin ən böyük arzusu olduğunu deyib.
O bildirib ki, F.Manafovla filmə çəkilmək istəyir:
“Gənc bəstəkar Kəmalə Abbasovanın albom təqdimatında bir araya gəldik. Fəxrəddin Manafov hər zaman bəyəndiyim, sevdiyim aktyor olub. Hətta bir dəfə sizin sayta müsahibəmdə onu Azərbaycanın ən cazibədar kişisi adlandırmışdım. Hər zaman xəyal qurmuşam ki, nə vaxtsa eyni filmdə rol alacağıq”.