İTV-də yayımlanan “Uşaq dünyası” verilişinin qonağı müğənni-bəstəkar Murad Arif olub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Ayxan Əlizadənin etdiyi verilişdə maraqlı məqamlar yaşanıb. Proqramda Ayxanın tərəf müqabili Nilay olub.
Eləcə də Bakı Avropa liseyinin direktoru Aygün Mikayıova və liseyin şagirdləri də efirdə iştirak ediblər. M.Arif balacaların ona ünvanladığı sualları cavablandırıb. Sənətçi sevilən mahnılarını səsləndirib.
“Uşaq dünyası”nı həftənin bazar günü saat 14:15-də, çərşənbə axşamı isə saat 14:35-də izləmək mümkündür.