Kristina Aqilera 22 kiloqram arıqladı

Kristina Aqilera 22 kiloqram arıqladı
2289 dəfə oxunub
  • A-
  • A
  • A+

32 yaşlı müğənni Kristina Agilera 22 kq arıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni indi özünü daha seksual və sağlam hiss edir. Ciddi pəhriz və idmanla gözəl görünüşə sahib olan ulduz bunun sirlərindən danışıb. O bildirib ki, ilk olaraq çöldə yemək yeməkdən qaçmaq lazımdır. Yemək bişirməyi çox sevdiyini deyən ulduz yeməklərini özü hazırlayır. Oğlu Maks dünyaya gəldikdən sonra kökələn və tez-tez tənqid edilən müğənni maraqlı açıqlamaları ilə yadda qalmışdı: “Əvvəllər arıq olduğum üçün tənqid edilirdim. İndi də kök olduğumu deyirlər. Davamlı olaraq formada qalmağa çalışmaqdan sıxıldım. Arıqlamasam  pərəstişkarlarımı itirəcəyimi deyirlər. Amma daha vecimə deyil, bundan sonra beləyəm”.

Qərb mətbuatı ulduzun cərrah köməkliyi ilə bu nəticəni əldə etdiyini iddia edir.