Bu gün müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verib.
Axşam.az-ın məlumatına görə, səs vermədən sonra müğənni öz təəssüratlarını Lent.az-a bölüşüb. Müğənni bildirib ki, bir müğənni və vətəndaş kimi hər zaman öz öhdəsinə düşəni etməyə hazırdır:
“Elə seçkilərdən öncə Azərbaycanın bölgələrində düzənlənən konsertlərdə iştirak etdim. Bu gün də çox sevə-sevə gəlib səsimi verdim. Buna görə də şadam”.
Xatırladaq ki, Röya Ayxan səs verməyə prodüseri Kənan Bayramovla birgə gəlmişdi.