Röya pərəstişkarlarından məsləhət istədi

Röya pərəstişkarlarından məsləhət istədi
3137 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verdikdən 1 saat sonra fanatları ilə görüşüb.

Axşam.az lent. az-a istinadən xəbər verir ki, paytaxt otellərinin birində təşkil olunan görüşdə pərəstişkarları Röyaya  sürpriz ediblər. Belə ki, bir çox fanatı ona hədiyyə verib. Sonra müğənni “Gəmiçilər” mahnısını onlarla birgə ifa edib. İfasını bitirdikdən sonra o, pərəstişkarlarının suallarını cavablandırıb. Suallardan sonra ifaçı onlardan məsləhət istəyib: “Uşaqlar, deyin görüm, növbəti geyimim necə olsun?”
Müxtəlif rəylər söyləyən fanatlar sonda Röya ilə şəkil çəkdirib. Görüş 2-3 saat davam edib.
 
Xatırladaq ki, Röyanın fanatlarla görüşünün təşkilatçısı Kənan Bayramov olub.