Türkiyəli şoumen Məhmət Əli Ərbil metrodan istifadə edib.
Axsam.az-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həmkarı Ümit Okurla birgə metroya minən tanınmış aktyor bunu İstanbuldakı tıxaclardan bezməsi ilə izah edib:
"Metro çox rahatdır. Bundan sonra tez-tez istifadə edəcəm."
Buna baxmayaraq, Məhmət Əlinin ictimai nəqliyyatdan istifadə etməyə vərdişli olmadığı hiss olunub. Belə ki, o, Taksim əvəzinə, Maslaka gedib.