"Həyat yoldaşım buna təəccüblənir" - Zülfiyyə

"Həyat yoldaşım buna təəccüblənir" - Zülfiyyə
2491 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Zülfiyyə Xanbabayeva ailəsi haqqında danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Lofficiel” dərgisinə müsahibəsində xoşbəxt olduğunu deyib:

“Qızım Dəniz həyatımın mənasıdır. Həyat yoldaşımla 15 ildir evliyik. Hərdən zarafatlar edirik, söhbətləşirik. Çox xoşbəxt ailəm var. Düzdür, insan tam xoşbəxt ola bilməz, mənim də üzüldüyüm vaxtlar olur. Əhvalım pis olanda məni daha da depressiyaya salacaq mahnılara qulaq asıram. Etiraf edim ki, kefim yaxşı olanda musiqi dinləmirəm. Bu halıma həyat yoldaşım da təəccüblənir. Hər dəfə deyir, “Ay Allah, qəribədir, bayaqdan ağlayırdı, indi gülür”.

Zülfiyyə Xanbabayeva komediya janrında filmə çəkilmək arzusundadır. O, insanları güldürməyi bacardığını deyib:

“Yaxşı ssenari olsa, bəlkə də filmə çəkilərəm. Əslində kino çox çətindir. Tamaşaçını 1 saat ekran qarşısında saxlamağı bacarmalısan. İstərdim komediya janrında bir filmdə rol alım. Gülməyi və güldürməyi xoşlayıram. Məni hər zaman musiqi seçimində kiminsə idarə etməyini sevirəm. Məsələn, indi məni Vaqif Gərayzadə idarə edir”.