Hakan Akkayanın dəfiləsindən bizimkilərin fotoları

Hakan Akkayanın dəfiləsindən bizimkilərin fotoları
3643 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Türkiyənin İstanbul şəhərində məşhur modelyer Hakan Akkayanın növbəti dəfiləsi keçirilib.

Gecədə modelyerin son geyim kolleksiyası nümayiş olunub. Peşəkar modellər bir-birindən fərqli libaslarda podiuma çıxıblar.
 
 
Axşam.az xəbər verir ki, ailem.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, Hakan bu münasibətlə İstanbula yaxın dostları, “Özünə bax” layihəsinin rəhbəri Ruhi Əliyevanı, məşhur ifaçı Zamiq Hüseynovu, həmçinin prodüserlər Tarix Əliyevlə Elnur Həsənovu dəvət edib.  
 
Gecə sürprizsiz ötüşməyib. Belə ki, Hakanın əsas modellərindən olan aparıcı-müğənni Çağla Şikel dəfilənin açılışını edərkən elə podiuma ilk çıxışındaca ayağı büdrəyərək yıxılıb. Hər kəsin önündə dizlərini yerə qoyan məşhur model yenidən ayağa qalxaraq gülümsəyib və yoluna davam edib. Mərasimin açılışı da məhz onun yıxılması ilə yadda qalıb.
 
Onu da bildirək ki, gecədə həmçinin Türkiyəli ulduzlar da iştirak edib: müğənnilər Fatih Yürek, Alişan, Bengü, aktrisa Deniz Çakır, modelyer Nur Yerkitaş, həmçinin moda dünyasının önəmli simalarından olan İvana Sert və Erkan Özerman.
 
Xatırladaq ki, Ruhi Əliyeva səfər zamanı bir çox türkiyəli məşhurlarla görüşüb, onların Bakıya gəlməsi ilə bağlı danışıqlar aparacaq. Onlar arasında model Çağla Şikel, İvana Sert və bəzi müğənnilər də var.