Lətifə və oğlunun Od çərşənbəsi - fotosessiya

Lətifə və oğlunun Od çərşənbəsi -  fotosessiya
8077 dəfə oxunub
  • A-
  • A
  • A+
Artıq Novruz bayramına sayılı günlər qalıb. Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Novruz bayramının ikinci çərşənbəsində Axşam.az-ın qonağı müğənni Lətifə Soyuöz və oğlu Arif olub.

Övladı ilə bayram süfrəsi açıb, yumurta döyüşdürən ifaçı Novruz xatirələrindən danışıb:

“Novruz bayramı ilə bağlı ən gözəl xatirələrim ata evimdə olub. Həyət evində qalırdıq. Əmimgillə evimiz eyni həyətdə idi. Həyətdə 9-10 uşaq idik. Bayram günləri bir yerə yığışıb tonqaldan atdanırdıq, musiqi qoyub oynayırdıq. Atamın həyatda olduğu zamanlardakı bayramlar mənim üçün tam başqa idi. Novruzu həmişə ailəmlə qeyd edirəm. Mənə görə bayramları ailə yanında olamq lazımdır. Başqa günlər onsuz işlər çox olur, onları az-az görürük".
 
L.Soyuöz mətbəx qabiliyyətindən söz açıb:

"Şirniyyatla aram yaxşı olmasa da, şəkərburaya gözəl naxış vururam. Dadlı yeməklər hazırlayıram. Çox dadlı aş bişiriəm. Hətta mənim nənəm dadlı plov dəmlədiyi üçün, heç kimin hazırladığını sevmir. Amma mənim bişirdiyimi xoşlayır".

Müğənni oğlu Arif üçün hər zaman bayramların əyləncəli keçməsinə çalışdığını bildirib:
 
"Övladım üçün çalışıram evi bəzəyim, xonça hazırlayım. O da baxanda sevinsin, anlasın ki, bayramdır. Bu il onunla tonqaldan tullancağıq. Ötən il balaca idi, dedim qorxar, tonqala aparmadım. Bu il ilk dəfə o tonqaldan tullanacaq".

"Bu il ilk dəfə həyat yoldaşınızdan ayrı bayram keçirəcəksiniz" sualına Lətifə belə cavab verib:
 
"Allah hamının yolunu açıq, həyatını uğurlu etsin. Arif atasızlığı hiss etməyəcək. Ailədə Arifə qarşı böyük diqqət var. Qardaşlarım, anam onu həmişə nəzarətdə saxlayır". 

İfaçı çərşənbə axşamları fala baxdığını da etiraf edib:

"İşaqlıqdan hər çərşənbə fala baxıram, qapı pusuram, papaq da atıram. Əmim qızı, indi menecerim olan Sima duzlu peçenyələr hazırlayırdı, gecə yeyib yatırdıq ki, gələcək həyat yoldaşımızı yuxuda görəcəyik. Bu Novruz bayramında da mütləq papaq atacağam".

Foto: Ramin ASLANOV