Könül Nağıyeva Türkiyədə seriala çəkilir - fotolar
Ölkə
12:11 / 28.02.17
4598dəfə oxunub
A-
A
A+
Uzun müddətdir Türkiyəyə köçən aktrisa Könül Nağıyeva orada yeni seriala çəkilir.
Axşam.az-ın məlumatına görə, ekran işi “Həyat körpüsü” adlanır. Suriyalı bir ailənin dramından bəhs edən serial TRT1-də efirə gedəcək.
“Həyat körpüsü”nün çəkilişləri Qaziantepdə aparılır. Serialda Könül Nağıyeva ilə yanaşı Murad Yabaş, Perihan Savaş və başqaları yer alacaq.
Ekran işində bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coli və dünyaca məşhur futbolçu Ronaldonun da çəkiləcəyi bildirilmişdi. Daha sonra xəbərin şayiə olduğu yazılıb. Ronaldonun heç bir serialda rol almayacağı bildirilmişdi.
Qeyd edək ki, K.Nağıyeva bundan əvvəl Türkiyədə "Tərkedilmiş" və "Kızkaçıran" adlı filmlərdə rol alıb.