Tanınmış moda mütəxəssisi, “Modniy priqovor” verilişinin aparıcısı Aleksandr Vasilyev Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, rusyalı aparıcı paytaxtımızda gəzintiyə çıxıb.
Gəzinti fotolarını sosial şəbəkədə paylaşan Aleksandr “Bakının gözəlliyi əvəzolunmazdır, şəhər möhtəşəmdir. Bakıya gəlib qutabdan dadmamaq olarmı? Azərbaycan milli mətbəxinə aid olan bu yeməyi fərqli ərzaqlarla hazırlayırlar: göyərti, kəsmik, ət və pendirlə” deyə bildirib.
Vasilyev İçərişəhəri, Heydər Əliyev Mərkəzini gəzib.