İngiltərədə yaşayan 25 yaşlı qadın Katlin Makki həyat yoldaşından boşanmağını qeyri-adi formada qeyd edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 16 yaşında tanış olub 4 il evli qaldığı ərindən boşandıqdan sonra gəlinlik geyinərək meşəyə gəlib. Katlin heç kimin olmadığı ərazidə gəlinliyini soyunaraq, özü ilə gətirdiyi bir qab benzini onun üzərinə töküb və yandırıb.
Azadlığına qovuşduğu üçün xoşbəxt olan qadın yandırdığı gəlinliyin şəkillərini sosial şəbəkələrdə paylaşıb.