"InStyleHOME" jurnalı bu dəfə müğənni Selami Şahinin evini çəkib.
Axşam.az-ın məlumatına görə, Selami və 32 ildir evli olduğu Didem Şahin evlərini nümayiş etdirib, kamera qarşısına keçiblər.
D.Şahin evdə antik əşyaların olmasını sevmədiyini bildirib:
"Çünki başqalarına aid enerjinin evimdə dolaşmasını istəmirəm. Selami və mən səliqə xəstəsiyik. Ev həmişə tərtəmiz olmalıdır".