“Ötən illərin nəğmələri” baş tutdu - fotolar

“Ötən illərin nəğmələri” baş tutdu -  fotolar
2806 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarların əsərləri səsləndirilib.

Konsertdə xalq artistləri Mübariz Tağıyev, Nazpəri Dostəliyeva, əməkdar artist Manana, Bəyimxanım Vəliyeva, müğənnilər Samir Piriyev, Məryəm Şabanova, Zamiq Hüseynov, Nadir, Qafarzadə, Ehtiram Hüseynov, Sevda Yəhyayeva və başqaları çıxış edib.

Gecənin aparıcılığı İlqar Xəyal və Nurlana Cəfərovaya həvalə olunub.

Foto: Ramin ASLANOV