"Heç vaxt geyimlərimin qiymətini açıqlamıram" - Manana

"Heç vaxt geyimlərimin qiymətini açıqlamıram" -  Manana
5379 dəfə oxunub
  • A-
  • A
  • A+

"Parisdə idim. Gürcüstan tərəfdən dəvət etmişdilər. Diasporla bağlı tədbirdə iştirak etdim. Bildiyiniz kimi eyni zamanda mən həm də Çaparidzeyəm. Orada Azərbaycan, rus, ingilis, fransız, gürcü dillərində mahnılar ifa etdim. Bu səbəbdən efirlərdə yox idim. Amma bundan sonra bütün kanallarda görəcəksiniz".

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Manana deyib.

Müğənni son günlər mahnıların hit ola bilməməsindən danışıb:

"Bu müğənnidən asılı deyil, piar məsələsidir. İndiki mahnılar pis deyil. Amma yazdırdıqdan sonra onu yaymaq da önəmlidir. Mahnının bəyənilməsi, onun geniş auditoriyaya çatdırılması tamamilə müğənnidən asılı olan bir şey deyil. Yaradıcılığımda müxtəlif janrlara müraciət edirəm. Xalq mahnıları da ifa oxuyuram, amma əsas janrım caz və rokdur".

Manana övladlarının musiqi sevgisindən söz açıb:

"Övladlarım musiqiyə qarşı çox həssasdırlar. Uşaqlarım olduğu üçün demirəm, amma Elizabet və David istedadlıdırlar. Sadəcə efirə çıxartmaq üçün düşünürəm ki, hələ tezdir".

İfaçı geyimlərinin hər zaman tənqid olunmasına münasibət bildirib:

"Heç vaxt geyimlərimin qiymətindən danışmamışam. Mənə nə yaraşırsa, onu geyinirəm. Bu zövq məsələsidir. Bəzi stilistlər tənqid edə bilərlər, bu da onların işidir".

Foto: Ramin ASLANOV