“Oskar 2017” mükafatlarının təqdimetmə mərasimi bir neçə gün bundan əvvəl baş tutsa da, amma onunla bağlı maraqlı məqamlar hələ də müzakirə olunur.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə “Dostlar” serialından sonra məşhurlaşan aktrisa Cennifer Enistonun tədbirə taxdığı 10 milyon dollarlıq sırğası müzakirə obyektinə çevrilib.
Cenniferin sırğaları "Lorraine Schwartz” zərgərlik evindən aldığı bildirilir. 100 karatlıq brilliant sırğaların dəyərinin 10 milyon dollar olduğu üzə çıxıb. Bundan başqa, Cennifer mərasimə qiyməti 1,2 milyon dollar olan brilliant qaşlı üzük də taxıb.
Aktrisanın geyimi də diqqətdən yayınmayıb. Eniston gecəyə bir vaxtlar Cennifer Lopezin də konsertinə geyindiyi geyimlə gəlib.