“Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” verilişinin növbəti buraxılışı sabah yayımlanacaq.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Mələk Heydərovanın etdiyi proqramda əməkdar artist Cavan Zeynallı və prodüser Təranə Səmədova qonaq olublar.
C.Zeynallı əsl adının Cavanşir olduğunu açıqlayıb.
İllüzianist Çingiz maraqlı nömrələri ilə qonaqları təəccübləndirib.
“Təəccüb çevrəsi”nin sözügedən buraxılışına həftənin çərşənbə günü 22:45-də baxa bilərsiniz.