Ancelina Colinin oxşarı - fotolar

Ancelina Colinin oxşarı - fotolar
5774 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada yaşayan Mellisa Braizen adlı qadın Hollivud ulduzu Ancelina Coliyə bənzədiyi üçün gündəm olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2 uşaq anası olan Mellisa evdar qadındır. Amerikalı qadın daha çox yanağı, dodağı, alın nahiyəsi ilə Colini xatırladır.

34 yaşlı Braizen bildirib ki, onu hələ tələbə olarkən Coliyə bənzədiblər:

“Tələbəlik illərimdən məni Ancelinaya bənzədirlər. Amma bu oxşarlıq get-gedə daha çox oldu. Bilmirəm, mən özümü ona bənzədə bilmirəm. Çünki o, daha gözəldir, xaraktercə daha güclüdür. Kaş ki, həqiqətən ona bənzəyə bilsəydim”.

Mellisa uşaqlıqdan Hollivud aktrisanının fanatı olduğunu vurğulayıb.