Gənc müğənni Narana “Gülümsə” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Günel Sərdarqızına, aranjimanı İskəndər Paydaşa məxsusdur.
Ritmik mahnı Türkiyədə, İskəndər Paydaşın studiyasında lentə yazılıb və rejissor Tamer Aydoğdu mahnıya ekran həyatı verib. Çəkilişlər bir gün ərzində İstanbulda aparılıb.
Qeyd edək ki, T.Aydoğdu Sibel Can, Demet Akalın, Hadisə və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.
O, Narananın klipini sujetsiz çəkib. Müğənninin tərəf müqabili model rəfiqəsidir. Klipdəki geyimlər isə türkiyəli stilistlər tərəfindən hazırlanıb.