“Harper’s Bazaar” jurnalı may nömrəsi üçün hazırlanan fotosessiyadan bəzi kadrları sosial şəbəkədə yayıb.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dərginin bu dəfəki nömrəsinin üz qabığında aktyor Silvestr Stalloninin qızları yer alıb.
Qeyd edək ki, 20 yaşlı Sofi, 18 yaşlı Sistin və 14 yaşlı Skarletin bu ilk işi deyil. Sistin bir neçə dəfə məşhur brendlərin siması olub. O, hətta, “Chanel” və “Dolce & Gabbana” kimi brend markalarla müqavilə imzalayıb.
Qızlara bu işdə ataları da böyük dəstəkdir.