Bu gün SSRİ-nin faşist Almaniyasi üzərində qələbəsindən 72 il keçir.
Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, bu münasibətlə Moskvanın "Qırmızı meydan"ında parad keçirilib. Saat 10-da başlayan keçiddə 10 min əsgər, 114 hərbi təchizat nümayiş edilib.
Rusiya T-72 tankının müasirləşdirilmiş versiyası olan T-72B3M tankını ilk dəfə təqdim edib. Çoxlu insanın iştirak etdiyi paradda axşam saatlarında atəşfəşanlıq olacaq.
Hava şərtlərinin dəyişməsi nəticəsində paradın rəsmi hissəsi tez yekunlaşdırılıb.